01.08.2014 [13:48] - Gündəm, Hərb
Hələlik onların adları və vəziyyəti haqqında məlumat verilmir
Ötən gecə erməni kəşfiyyat-təxribat qruplarının hücumu nəticəsində Azərbaycan Ordusunun 4 əsgəri yaralanıb.
Tərtər rayon N saylı hərbi hissənin hospitalından ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, yaralı əsgərlər hospitala atışmadan dərhal sonra yerləşdirilib. Hadisə yerinə kənd sakinləri də gedib və hərbçilərə kömək göstərib.
Yaralı əsgərlərin vəziyyəti və adları barədə hələlik heç bir açıqlama verilmir.
Qeyd edək ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Cəbhədə şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Təəssüf olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib. 8 əsgərin şəhid olduğu bildirilir.

Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |