Şrift:
Türkmanlar İŞİD zülmü altında:: Hər gün 5 uşağ acından ölür!
02.08.2014 [10:19] - Gündəm, Hadisə, Türk dünyası-Turan
İraq parlamentinin millət vəkili Hasan Özmen "İŞİD" (İraq və Şam İslam Dövləti) qruplaşmasının 300 min türkmanı yurdundan didərgin etdiyini bildirib. Bu barədə İnterpress.az "gazete2023.com"a istinadən xəbər yayıb.
H.Özmən deyib ki, 500 türkmanı qətlə yetirən "İŞİD", xeyli sayda uşağın da acından ölməsinə səbəb olub: “Gün ərzində orta hesabla 5 türkman uşağı acından ölür”.

Millət vəkili türkmanlara hər gün yardım göndərildiyini təkzib edib. Türkmanlara edilən yardımlar qeyri-kafidir. Dünya baş verənləri görməzdən gəlir.

Uşaqlar, qadınlar yük maşınlarının, TIR-ların arxasına doluşaraq öz yurdlarından qaçırlar.
Bu xəbər oxucular tərəfindən 1033 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed