02.08.2014 [11:11] - Gündəm, Mədəniyyət
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələ rayonunda keçirilən VI Beynəlxalq Musiqi Festivalı avqustun 1-də başa çatıb. APA-nın yerli bürosunun xəbərinə görə, Yohannesburq Filarmonik Orkestri festivalın sonuncu günündə tamaşaçılara “Viva opera” adlı maraqlı konsert təqdim edib. Prezident mükafatçısı, Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə baş tutan konsertdə vokalçılar – Xalq Artisti Əli Əsgərov, əməkdar artistlər Fəridə Məmmədova, Ş.Məmmədova adına Opera Studiyasının solisti Səbinə Əsədova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Gülnaz İsmayılova, istedadlı ifaçılar Azər Rzazadə, Yusif Eyvazov çıxış ediblər. Konsertdə bəstəkar Pyotr Çaykovskinin, Nikolay Rimsi-Korsakovun, Alfredo Katalaninin, Qaytanı Donisettinin , Coakkino Rossininin, Cakomo Puçininin, Cüzeppe Verdinin, Çarlz Qunonun , Pyetro Masnkaninin operalarından ariya və romanslar, eləcə də Müslüm Maqomayevin “Azərbaycan” və digər bəstəkarların əsərləri səsləndirilib.
Qeyd edək ki, on gün davam edən Qəbələ VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində kamera musiqisi və klassik musiqi axşamları, muğam konserti keçirilib. Festivalda Azərbaycandan və xarici ölkələrdən olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 852 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |