19.12.2011 [14:37] - Xəbərlər
“İstər Avropa Şurasında, istərsə də başqa beynəlxalq təşkilatlarda Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgə görüşünün təşkil edilməsi üçün dəfələrlə məsələ qaldırmışıq.
Bütün səylərə baxmayaraq ermənilər görüşdən qaçırlar, imtina edirlər, iştirak etmək istəmirlər”. Bu sözləri jurnalistlərə açıqlamasında ADU-nun rektoru, millət vəkili Səməd Seyidov deyib.
S. Seyidov bildirib ki, Avropa Birliyinin bu məsələyə münasibəti birmənalıdır: “Hesab edirəm ki, ermənilərin arxasında dayanan havadarları buna imkan vermirlər. Beynəlxalq təşkilatlarda onları dəstəkləyən qüvvələr var. Buna baxmayaraq biz görüşməyə hazırıq. Bizim mövqeyimiz beynəlxalq qayda-qanunlara əsaslanır. Beynəlxalq qanun-qaydada konkret yazılıb ki, icmalar öz aralarında söhbətlər apararaq, gələcəkdə bir yerdə yaşamaqla bağlı məsələləri müzakirə etsinlər. Ermənilər etnik təmizləmələr aparıblar. Etnik təmizləmə aparan qüvvələr etnik təmizliyə məruz qalan qüvvələrlə necə söhbətlər apara bilər? Ona görə də görüşdən qaçırlar. Bilirlər ki, ermənilərin azərbaycanlıları niyə qovması, etnik təmizləmələr aparması barədə elə ilk iclasda məsələ qaldırılacaq. Niyə Ermənistana heç bir aidiyyəti olmayan torpaqlar işğal altındadır? Əminəm ki, haqq ədalət öz yerini tapacaq”.

Bu xəbər oxucular tərəfindən 2313 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |