Şrift:
Yukos-a görə Rusiya $50 milyard ödəməlidir
02.08.2014 [12:43] - Gündəm, Hüquq
Haaqa məhkəməsi YUKOS şirkəti səhmdarlarının Rusiyaya qarşı 50 mlrd dollarlıq iddiasını təmin edib.
Haaqa məhkəməsi YUKOS səhmdarlarının Rusiyaya qarşı 50 milyard dollarlıq iddiasını təmin edib.
Haaqa Arbitraj məhkəməsində çıxarılmış qərara görə Rusiya 2007-ci ildə buraxılmış Yukos neft şirkətinin səhmdarlarına kompensasiya ödəməlidir.
Linklər
Xodorkovski siyasət və bizneslə daha məşğul olmayacaq
Xodorkovski Berlində valideynləri ilə görüşməyə hazırlaşır
Xodorkovski: Rusiyanın ən məşhur məhbusu
Mövzular
Hadisələr, Siyasət, Həyat, İqtisadiyyat
Məhkəmə Yukos səhmdarlarının vurulmuş zərərə görə Rusiyaya qarşı 50 mlrd dollarlıq kompensasiya tələb edilməsi bardə iddiasını təmin edərək prezident Putin iqtidarına daxil oaln rəsmilər tərəfiindən Yukosu qeyri-qanuni olaraq müflisləşdirdiklərini qeyd edib.
Müflis olmasına qədər Yukos Rusiyanın ən iri neft istesalçısı sayılıb.
Rusiya Xarici İşlər Naziri bu qərarla bağlı Moskvanın, çox güman kı, məhkəmənin qərarına qarşı appelyasiya verəcəyini bildirib.
Xarici İşlər naziri Sergey Lavrov deyib: “Rusiya şübhəsiz mövgeyini müdafiə etmək üçün qanunvericiliyin imkanlarından istifadə edəcək ”.
Rusiyaya qarşı iddianı Yukos Oil şirkətinin vaxtı ilə ən iri səhmdarı olmuş GML şirkəti irəli sürüb.
GML icraçı direktoru Tim Osborne deyib: "Yukos Oil şirkəti səhmdarlarının əksəriyyəti Yukosun qeyri-qanuni müflisləşdirilməsi nəticəsində kompensasiyasız qalıblar”.
Onun sözlərinə görə, son 10 il ərzində məhkəmələrdə çəkişən səhmdarlar üçün bugünkü hökm "irəliyə atılmış mühüm bir addımdır".
Yukos şirkəti 2006-cı ildə müflisləşdikdən sonra 2007-ci ildə ləğv olunmuşdu.
Şirkətə bir vaxtlar Rusiyanın ən varlı adamı sayılan Mixail Xodorkovski başçılıq edirdi.
Mixail Xodorkovski 2003-cü ildə fırılaqçılıq və vergidən yayınma maddələri əsasında ittiham olunaraq həbs olunmuşdu və yalnız 10 ildən sonra azadlığa çıxa bilmişdi.
Bu xəbər oxucular tərəfindən 1140 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed