Şrift:
Azərbaycan Ukraynadan 27 təyyarə və 12 helikopter alıb
19.12.2011 [15:54] - Xəbərlər, Hərb
MDB məkanının ən böyük silah istehsalçılarından olan Ukrayna 2005-2010-cu illərdə dünyanın 27 ölkəsinə 227 təyyarə və 39 helikopter satıb.

Hesabat dövründə Ukrayna tərəfindən ixrac edilmiş təyyarələrdən 74%-i təlim-döyüş, 4%-ni hərbi nəqliyyat, 22%-ni isə antik (əsasən muzey və sərgilərdə nümayiş etdirmək üçün alınan köhnə təyyarə) təyyarələr olub.

Regionlar üzrə ixracatın 43,6%-i Asiya, 41,7%-i Avropa, 8,3%-i Afrika, 4,4%-i Amerika, 2%-i isə Avstraliya və Okeaniya regionunun payına düşür. Ukraynadan ən çox təyyarə almış ölkələr Belarus (60 ədəd), Yəmən (47), Azərbaycan (27), Estoniya (13) və ABŞ-dır (10).

2005-2010-cu illərdə Ukraynadan ən çox helikopteri isə Azərbaycan (12) və Gürcüstan (8) alıb.
Bu xəbər oxucular tərəfindən 1272 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed