04.08.2014 [13:33] - Gündəm, Siyasət
Rusiyanın İrəvandakı səfirliyində izdiham yaşanıb
Ermənistan tərəfi Rusiyanın son vaxtlar cəbhədə gedən döyüşlərə görə tutduğu mövqeyindən narahat olmağa başlayıb.
Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin cəbhədəki hadisələrə münasibət bildirərkən deyib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır. Səfir bildirib ki, bölgədə gərginlik təcili azaldılmalıdır.
Jurnalistlər isə səfirə belə sual verib. Azərbaycan-Ermənistan sərhədində gərginlik artsa da Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın təhlükəsizliyi üçün niyə hərəkətə keçmir?
Səfirin cavabı isə konkret olub: “Ermənistan bunun üçün KTMT-yə rəsmi müraciət etməlidir”.
Qeyd edək ki, Ermənistan 1992-ci ildə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Bu xəbər oxucular tərəfindən 958 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |