Şrift:
BMT Baş katibi tərəfləri Dağlıq Qarabağ münaqişəsində atəşkəsə əməl etməyə çağırıb
05.08.2014 [10:07] - Xəbərlər, Hərb
BMT-nin Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəs haqqında razılaşmaya əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb. Bu barədə ümumdünya təşkilatının rəsmi nümayəndəsinin bazar ertəsi yaydığı bəyanatında deyilir.
"O (Pan Gi Mun), bütün tərəfləri atəşkəs haqqında sazişə hörmət etməyə və gələcəkdə zorakılıqdan çəkinməyə, həmçinin dialoqu davam etdirməyə çağırır", - bəyanatda bildirilir.
Baş katib, sənədə əsasən, Minsk qrupu həmsədrlərinin səylərini tam dəstəklədiyini bildirib, münaqişə zonasında gərginliyin artması ilə bağlı son günlər öz narahatlığı ilə bölüşüb.
Bu xəbər oxucular tərəfindən 858 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed