05.08.2014 [11:48] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Ermənilər Qarabağdan qaçır
Cəbhədə cərəyan edən son hadisələr Dağlıq Qarabağ və işğal edilmiş digər rayonlarda məskunlaşan ermənilərin bir hissəsinin buranı tərk etməsilə nəticələnməkdədir. Xüsusən də Suriyadan və digər yerlərdən Qarabağ gələn erməniləri buradan qaçır. Bundan başqa, , Ermənistanın cəbhəyanı kəndləri də boşalır. Qeyd edək ki, bir müddət bundan öncə Ermənistan Suriyadan qaşan erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirməyə başlamışdı. Bununla bağlı, rəsmi Bakı beynəlxalq qurumlara məlumat da verib. Ermənistan bu yollarla işğal etdiyi Dağlıq Qarabağda erməni əhalisinin sayını süni yolla artırmağa çalışırdı. Lakin indi vəziyyət dəişib.
Millət vəkili Fərəc Quliyev qeyd etdi ki, gəlmə ermənilərin işğal olunmuş torpaqları tərk etməyə başlaması gerçək vəziyyəti anlamalarının nəticəsidir: "İşğal olunmuş torpaqlarımıza gəlmələr, onsuz da bir vaxtlar buranı tərk etməlidirlər. Ümumiyyətlə, aborigen xalq olmayan bu insanlar ya özlərini qonaq kimi aparmağı bacarmalı idilər, ya da gəmidə oturub, gəmiçi ilə dalaşacaqlarsa, onlar aydın məsələdir ki, gəmini tərk etməlidirlər. Kənardan, Suriya və başqa ölkələrdən gətirilən yeni kontingentə gəldikdə, onlar aldadılmış, müəyyən vədlərə şirniklənən adamlardır. Bu adamlar da gerçək vəziyyəti gördükdən sonra anlayır ki, gəldikləri yer başqasının torpaqlarıdır. Həmçinin, anladılar ki, ortalıqda Azərbaycan insanının itirilmiş torpaqlara qayıtması istiqamətində ciddi iradəsi vardır. Başa düşdülər ki, Azərbaycan insanı torpaqlarına sahib çıxacaq. Onları Dağlıq Qarabağa gətirərək, qanunsuz olaraq orada yerləşdirənlər isə Azərbaycan deyil, işğalçı dövlətdir. Zərrə qədər ağlı olan adamlar o cür davranaraq, qanunsuz olaraq məskunlaşdıqları əraziləri tərk edər. Hesab edirəm ki, günün birində onlar mütləq bu əraziləri tamamilə tərk edəcəklər. Amma qalıb yaşasalar, müharibədən sonra Azərbaycan qanunlarına uyğun olaraq onların statusuna baxıla bilər. Əlbəttə, bu sonranın işidir.Hər halda, son hadisələr fonunda işğal olunmuş ərazilərimizdə qanunsuz olaraq yerləşdirilən xaricdən olan ermənilərin indi oranı tərk etməyə başlamaları onu göstərir ki, Ermənistan tərəfi, Dağlıq Qarabağdakı terrorçu rejim və ora gətirilən ermənilər də gerçək vəziyyəti anlayır və vəziyyət artıq aydın olduğu üçün işğal olunmuş torpaqlarımızı tərk edirlər".
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirdi ki, son hadisələr fonunda ermənilərin işğal ərazilərini tərk etməsi halları ona dəlalət edir ki, artıq işğalçılar bu ərazilərimizi əllərində saxlaya bilməyəcəklərini anlayıblar: "Cəbhədəki hadisələr, gərginliyin artması fonunda aparılan müəyyən analizlərin nəticəsi də göstərir ki, Azərbaycan silahı öz gücünü ermənilərə ciddi şəkildə göstərdi. Belə olan halda ermənilər tərəfindən uyğun, adekvat reaksiyaların olacağı da gözlənilən idi. Yəni, gücümüzü gördükcə, kənardan işğal olunmuş torpaqlarımıza gətirilən ermənilər bura yerləşdirilərkən Ermənistan tərəfindən aldadıldıqlarının artıq fərqinə varmağa başlayıblar. Ona görə də, torpaqlarımızı tərk edirlər. Onlar başa düşməlidirlər ki, burada müvəqqətidirlər. Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edəcək və əhalimiz öz dədə-baba ərazilərinə qayıdacaq. Ona görə də, hazırda gəlmə ermənilərin torpaqlarımızı tərk etməyə başlaması təbiidir. Bu proses başlayıbsa, müsbət haldır. Dünya da məsələdən nəticə çıxarmalı, Azərbaycandakı rəyi görməlidir. Ölkəmizdə hazırda hər yerdə insanlar orduya getmək və düşməni torpaqlarımızdan qovmaqdan danışır. Deməli, Azərbaycan cəmiyyəti torpaqların işğaldan azad olunması istiqamətində hər hansı bir atılan addıma tam şəkildə dəstək verməyə hazırdır. Daha cəmiyyətimizin mövcud status-kvoya dözmək fikri yoxdur. Hazırda Ermənistan tərəfi də sönük, ruh düşkünlüyü vəziyyətindədir. Bu da son günlər onların cəbhə bölgəsində ciddi itkilərə məruz qalması ilə bağlıdır. Bu tendensiyanı gördüklərinə görədir ki, qanunsuz olaraq Qarabağda yerləşdirilən xarici ermənilər də indi oranı tərk etməyə başlayıb. Beynəlxaq təşkilatlar da bu amildən nəticə çıxararaq, Azərbaycanın haqq işinə dəstək verməlidir. Bunun yollarından biri də işğal faktorunu aradan qaldırmaq istəməyən Ermənistana qarşı sanksiyalar tətbiq etməkdən keçir. Azərbaycan da başladığı müharibəni dayandırmamalı və irəli getməlidir. Suriya və digər ölkələrdən gətirilən ermənilər də artıq Azərbaycanın gücünü gördüklərindən, qanunsuz olaraq məskunlaşdıqları bu ərazilərdə yaşamağın mümkünsüz olduğunu anlamağa başlayıb, ona görə də, çıxış yolunu bu əraziləri tərk etməkdə görürlər. Hadisələrin gedişi nəticəsində onlar yalnış olaraq, işğal olunmuş torpaqlarda məskunlaşdıqlarını anlayıblar. Ona görə də çıxıb getməlidirlər. Müharibədə mühüm məqamlardan biri də əhalinin, xüsusən də ordunun əhval-ruhiyyəsi məsələsidir. Son proses, Azərbaycan insanı və ordusunun güclü əhval-ruhiyyədə olduğunu bir daha təsdiqlədi. Ermənilər isə ruh düşkünlüyünə düşdüyündən, artıq bu əraziləri tərk edib gedir. Bu amilin özü də, münaqişə prosesində artıq bütün üstünlüyün, hərbi, psixoloji, əhval-ruhiyyə və s.baxımından, Azərbaycan tərəfində olduğuna əyani bir sübutdur".
Rüfət NADİROĞLU

Bu xəbər oxucular tərəfindən 1203 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |