05.08.2014 [13:41] - Gündəm, Diaspor
Türkiyədəki Azərbaycan diaspor təşkilatları birgə bəyanat yaydılar
“Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” sözləri ilə başlayan bəyanatda bu günlərdə cəbhə xəttində yaşanan dəhşətli hadisələrə toxunulub, Ermənistanın işğalçı siyasəti pislənib.
Bəyanatda deyilir: “Bu işğalçı qurum bilməlidir ki, yeni "Xocalı"lar yaşanmayacaq. 1990-cı illərdə işğal etdikləri torpaqlar əsla daimi onlarda qalmayacaq. Azərbaycan dövləti güclü, suveren bir dövlətdir. Özünü müdafiə edəcək hərbi qüvvələrə malikdir. Azərbaycan əsgəri döyüşü keçmişində aldığı əxlaqi dəyərlərlə edər, əsla sadə vətəndaşları hədəf almaz və uşaqlara qarşı silah istifadə etməz”.
Həmçinin qeyd edilir ki, sülhü təmin etmək bir yana, atəşkəsi təmin etmək iqtidarında olmayan, müharibəni, qətliamı dəstəkləyən bir rəhbərlik heç zaman sərhədlərin açılmasını tələb edə bilməz. Hər zaman olduğu kimi erməni xalqına da deyirik ki, sizi sonu görünməyən bir tunelin içinə sürükləyən bu faşist, irqçi, daşnak rəhbərliyindən xilas olmağa çağırırıq. Çünki Qafqazda sülhün qarşısında ən böyük maneə bu daşnak rəhbərliyidir.
Bəyanat Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının üzvləri - İstanbul Azərbaycanla Həmrəylik Dərnəyi, Ankara Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Muğla Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Manisa Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Yalova Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Qars Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi, Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəkləri, İğdır Azərbaycan Evi Dərnəyi, Beynəlxalq Azərbaycan Mədəniyyət Dil-Tarix Araşdırma Mərkəzi və Kuşadası Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi tərəfindən imzalanıb.

Bu xəbər oxucular tərəfindən 1080 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |