Şrift:
Con Kerri: İsrailin özünümüdafiə hüququnu dəstəkləyir və fələstinlilərin İsrail ordusunun Qəzzanı tərk etməsi ilə bağlı tələblərini haqlı sayırıq
06.08.2014 [12:21] - Gündəm, Siyasət
ABŞ dövlət katibi Con Kerri İsrail və Fələstini sülh müzakirələrini dərinləşdirməyə çağırıb. BBC-in verdiyi xəbərə görə, C. Kerri bildirib ki, ABŞ İsrailin “HAMAS“ın raket hücumlarından özünümüdafiə hüququnu tam dəstəkləyir: “Heç bir ölkə bu şərtlər altında yaşaya bilməz və ABŞ hökuməti də belə bir şəraitdə İsrailin özünümüdafiə hüququnun arxasında dayanır”.

C. Kerri əlavə edib ki, o, fələstinlilərin İsrail ordusunun Qəzzanı tərk etmək tələblərini də haqlı sayır: “Biz fələstinlilərin daha geniş azadlıq əldə etmək, keçidləri açmaq və öz yaşam şəraitlərini inkişaf etdirmək istəklərini dəstəkləyirik”.

Dövlət katibi qeyd edib ki, bütün bunlar İsrailin üzərinə daha böyük məsuliyyət qoyur və İsrail raket hücumlarını dayandırmalıdır.
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed