06.08.2014 [12:35] - İdman
“Rabitə”nin voleybolçusu Sanya Staroviçin “Beşiktaş”a keçidi rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı serbiyalı hücumçu İstanbul təmsilçisi ilə danışıqları müsbət yekunlaşdırıb.
“Qara qartallar” Staroviçlə anlaşdıqlarını və onunla 1 illik müqaviləyə imza atdıqlarını açıqlayıblar.
Qeyd edək ki, 2008-ci ildən Bakı klubunun şərəfini qoruyan və son mövsümdə kapitan sarğısını daşıyan Staroviç “Rabitə” ilə 6 dəfə Azərbaycan, 1 dəfə dünya çempionu adını qazanıb. O, həmçinin təmsilçimizin heyətində 1 dəfə mundialın və 2 dəfə Çempionlar Liqasının gümüş medalına yiyələnib.

Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |