19.12.2011 [16:10] - Hərb
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Türkiyənin Makina və Kimya Sənayesi Qurumunun (MKEK) 10 nəfərlik heyətinə 2-ci Səviyyəli EOD (Partlayıcı Sursatların Məhv Edilməsi) kursu keçirilib.
Bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Təlim müddətində MKEK heyətinə minalar və müharibənin partlayıcı qalıqlarının təkmilləşmiş metodlar vasitəsilə məhv edilməsinə dair biliklər verilib. Kurs 2 həftə ərzində ANAMA-nın Göygöl Regional Tədris Mərkəzində nəzəri biliklərin öyrənilməsi və 2 həftə ərzində Füzuli regionunda praktik təlimlərin keçirilməsini əhatə edib.
Qeyd edək ki, bu kurs ANAMA tərəfindən Türkiyənin Makina və Kimya Sənayesi Qurumu üçün həyata keçirilən üçüncü təlimidir.
Kursu uğurla başa vuran müdavimlərə dekabrın 22-də EOD-2 kvalifikasiyası və beynəlxalq səviyyəli sertifikatlar təqdim olunacaq.

Bu xəbər oxucular tərəfindən 1152 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |