Şrift:
İŞİD kürdlərə qarşı hərəkətə keçdi: 500 kişi öldürüb arvadları cariyə olaraq əsir götürüldü
07.08.2014 [13:18] - Gündəm, Hərb
Terror təşkilatı olan İŞİD "İraq Şam İslam Dövləti" 500 yezidi kürd kişisini öldürüb qadınlarını əsir alıb.
İraq parlamentinin Kürdistan Yurdsevərlər Birliyindən olan yezidi kürd millət vəkili Feyyan Dahil keçirdiyi mətbuat konfransında bildirib ki, 500 qadın cariyə olaraq əsir götürülüb. Onlar Telafer adlı məkanda saxlanılır.

"İŞİD ələ keçirəndən sonra Sincardan 30 min yezidi ailəsini zorla evlərindən çıxarıb. Köç zamanı 70-i uşaq olmaqla 100-ə yaxın adam aclıq üzündən ölüb", deyə Dahil bildirib.
Bu xəbər oxucular tərəfindən 929 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed