07.08.2014 [15:20] - İdman
Rəqib zərbənin təsirindən ayağa qalxa bilməyib
Rumınyada keçirilən kikboks yarışlarında heyrətamiz qələbə qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, avqustun 2-də Rumıniyada təşkil olunan “SuperKombat” turnirində rumıniyalı Aleks Filip ilə ukraynalı Roman Palamar qarşılaşıblar.
77 kq çəki dərəcəsində olan rəqiblərin qarşılaşması çox da uzun çəkməyib. Belə ki, elə ilk raundda rumıniyalı döyüşçü rəqibinə çox az rast gəlinən “əqrəb vuruşu” adlandırılan fənddə zərbə endirib. O, bu zərbə ilə Romanı nokauta salıb. Ukraynalı idmançı zərbənin təsirindən ayağa qalxa bilməyib. Beləcə, Aleks Filip vurduğu akrobatik zərbə ilə “ilin nokautu”na imza atıb.

Bu xəbər oxucular tərəfindən 688 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |