07.08.2014 [15:40] - Gündəm, Siyasət
"Ermənistan yol verdiyi beynəlxalq hüquq pozuntularına son qoymalıdır"
Britaniyalı deputat Qarabağda atəşkəs rejiminin pozulmasından narahatdır.
Böyük Britaniya Leyborist Partiyasının ölkə parlamentdəki üzvü Jerri Sütklif (Gerri Sutkliffe) Ermənistan-Azərabaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış duruma şərh verib.
"Son günlər münaqişə zonasında Azərbaycan Silahlı Qüvvələrinin 14 hərbçisi həlak olub, 2 azərbaycanlı mülki şəxs isə qanunsuz olaraq həbs edilib. Azərbaycana məxsus olan ərazilər qaytarılmalı və 1 milyona yaxın azərbaycanlı məcburi köçkünlərə öz evlərinə geri dönmək üçün imkan verilməlidir. Mən, Azərbaycanda səfərdə olan zaman məcburi köçkünlərin məskunlaşdığı düşərgələrə baş çəkib onların şəraiti ilə yaxından tanış olmuşam. Azərbaycan hökumətinin məcburi köçkünlər üçün rahat yaşayış şəraiti yaratmaq üçün səy göstərdiyi zaman yenə də bu insanların ən böyük arzusu öz evlərinə qayıtmaqdır. Ermənistan buna dair öz öhdəlikləri ilə bağlı ölçü götürməli və yol verdiyi beynəlxalq hüquq pozuntularına son qoymalıdır",-deyə britaniyalı deputat söyləyib.
Qeyd edək ki, Cerri Sütklif sonuncu Leyborist hokumətində davamlı və nəzərəçarpan siyasi karyera qurmağa müvəffəq olub. O, ədliyyə və idman naziri olmaqla yanaşı, Ticarət və Sənayə Departamentində yüksək vəzifələrdə çalışıb.

Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |