Şrift:
“Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gələn ilin əvvəllərində baş tuta bilər”
19.12.2011 [18:27] - Gündəm
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gələn ilin əvvəllərində baş tuta bilər. Bu barədə Bakıda keçirdiyi mətbuat konfransında APA-nın sualını cavablandıran ATƏT-in Minsk Qrupunun səlahiyyətləri başa çatmış həmsədri Bernar Fasye deyib.

“Mən artıq vasitəçilik missiyamı başa çatdırmışam, lakin düşünürəm ki, prezidentlərin növbəti görüşü gələn ilin ilk aylarında baş tuta bilər”.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Vilnüs bəyanatında prezidentlərin növbəti görüşünün planlaşdırıldığı əks olunub.
Bu xəbər oxucular tərəfindən 985 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed