Şrift:
Nazirlik avtomobillər payladı
08.08.2014 [13:45] - Sosial
Daha 100 nəfər əlil avtomobillə təmin edilib
Böyük Vətən müharibəsi, Çernobıl AES və hərbi xidmət əlillərindən ibarət daha 100 nəfəri avtomobillə təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, avtomobillərin təqdim edilməsi zamanı bildirilib ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslər daim prezident qayğısı ilə əhatə olunub.

Bunun növbəti əməli təsdiqi kimi dövlət başçısı tərəfindən imzalanan 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli sərəncamlara əsasən, bu ilin aprelindən bəri 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə, hazırda təqdim olunan avtomobillər də daxil edilməklə 623 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxsə, beləliklə, 2014-cü ilin əvvəlinədək xüsusi tibbi arayış əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərdən artıq 1300 nəfərinə minik avtomobilləri verilib. Bu ilin əvvəlinədək növbədə olan digər şəxslərə də bu ayın sonunadək avtomobil verilməsi nəzərdə tutulur.

İndiyədək qeyd olunan təbəqələrdən olan 5106 nəfər əlilliyi olan şəxsin dövlət hesabına xüsusi nəqliyyat vasitəsi ilə təmin edildiyi vurğulanaraq, müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının da daim ölkə rəhbərinin diqqət mərkəzində olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan Prezidentinin 20 iyun 2014-cü il tarixli Sərəncamı bu sahədə mühüm irəliləyişə şərait yaradıb. Sərəncama əsasən, 2014-cü ilədək mənzil növbəsinə dayanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, ümumilikdə 5731 nəfər əlil və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi həyata keçiriləcək.

Tədbirdə çıxış edən əlilliyi olan şəxslər onların sosial təminatının gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Böyük Vətən müharibəsi əlilləri onlara göstərilən prezident qayğısına layiqli cavab olaraq gənclərimizin hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsi işinə bundan sonra da öz mühüm töhfələrini verəcəklərini vurğulayıblar.
Bu xəbər oxucular tərəfindən 787 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed