08.08.2014 [15:43] - Gündəm, Siyasət
Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty International) son bir həftə ərzində Azərbaycanla bağlı düz 3 dəfə ayrıca bəyanatla çıxış edib. Bunlardan ikisi Vətənə xəyanət də daxil olmaqla bir sıra cinayətləri törətməkdə şübhəli bilinən Leyla Yunusova, biri isi vergidən yayınma və s. kimi məsələlərdə şübhəli bilinən Rəsul Cəfərovla bağlıdır.
Bir beynəlxalq təşkilatın insan haqları sahəsində, yəni öz profilinə uyğun fəallıq və operativlik göstərməsi, əslində, alqışlanasıdır. Amma ortada bəzi əmmalar olmasaydı.
Birincisi, niyə bu təşkilat Azərbaycan hüquq mühafizə orqanlarının az qala bütün addımlarını araşdırmadan şübhə altına alır?
İkincisi, sabah Leyla Yunusova və Rəsul Cəfərovla bağlı irəli sürülən ittihamlar təsdiqini tapsa Beynəlxalq Amnistiya hansı bəyanatı verəcək?
Üçüncüsü, necə olur ki, insan haqları məsələsində bu qədər həssas olduğunu iddia edən bir təşkilat artıq bir aydır ki, Ermənistan tərəfindən girov götürülmüş, biri öldürülmüş, ikisi də işgəncələrə məruz qalmaqda olan üç vətəndaşımızla bağlı bir kəlmə belə olsun danışmır və ya danışmaq istəmir? Nədir, Leyla Yunusova, Rəsul Cəfərovun insan kimi haqları var, Ermənistanın girov götürdüyü, özü də Azərbaycan ərazisində girov götürdüyü Azərbaycanlıların insan haqları yoxdur?
Bir də son günlərdə, elə bu üç bəyanat yayımlandığı günlərdə, Ermənistanın işğalçı ordusu Azərbaycan əsgərlərini öldürəndə niyə susur görəsən Beynəlxalq Amnistiya? Kimsə deyə bilər ki, Beynəlxalq Amnistiyanın işi həbsdəkilərlədir. Elədirsə, Ukraynadakı bölücülük olaylarına niyə reaksiya verir?
Yadımdan çıxmamış onu da deyim ki, bir zamanlar bu təşkilat bölücü Əlikram Hümbətovu, indi Leyla Yunusovanı müdafiə edənlərin hakimiyyətini devirmiş Surət Hüseynovu, metroda iki dəfə partlayış törətmiş bölücü “Sadval” təşkilatının üzvü Azər Kərimovu da vicdan məhbusu elan edərək həbsdən buraxmağa çağırırdı. Özü də bu adamların müdafiəsini Leyla Yunusova təşkil edirdi. Bunu da elə-belə dedim, bəzi adamlara xatırlatmaq üçün...
Deyirəm, nədir görəsən bu “beynəlxalq operativlik”?

Bu xəbər oxucular tərəfindən 888 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |