Şrift:
Avstraliya Rusiyaya uranın satışını dayandırmağa hazırlaşır
09.08.2014 [11:01] - Gündəm, Siyasət
Avstraliya hökuməti Rusiyaya qarşı sanksiyaların növbəti mərhələsi çərçivəsində bu ölkəyə uranın satışına qadağa qoya bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Avstraliyanın maliyyə naziri Matias Kormann deyib. O bildirib ki, hökumət hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir və onların arasında uranın satışının qadağan olunması da var.

Daha əvvəl Avstraliyanın xarici işlər naziri Culi Bişop da Rusiyaya uranın satışının yasaqlana biləcəyini söyləmişdi.
Bu xəbər oxucular tərəfindən 667 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed