09.08.2014 [11:53] - Gündəm, Siyasət
“Rusiya hakimiyyəti idxalı məhdudlaşdırmaqla Avropa Birliyindən yox, öz vətəndaşlarından qisas alır”. APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri Litva prezidenti Dalya Qribauskayte deyib. O bildirib ki, Litva və Avropa Birliyi rəsmi Moskvanı bu addımı gözləyirdi, lakin idxalı məhdudlaşdırmaq beynəlxalq öhdəlikləri və Dünya Ticarət Təşkilatının qaydalarını pozmaqdır: “Özümüzü sakit aparaq və bilək ki, yaxın gələcəkdə qonşumuz bundan məntiqli rəftar göstərməyəcək və beynəlxalq hüquqa riayət etməyəcək. Bununla yaşamağı öyrənməliyik”.
D. Qribauskayte əlavə edib ki, bu qadağalar Litvaya da toxunacaq: “Bu və ya digər sahədə müəyyən qədər gəlir itkisi olacaq. Amma bu reaksiya daha çox Rusiya vətəndaşlarına qarşı yönəllib. Axı, söhbət ərzaq məhsullarından gedir. Rəqabət düşdüyünə görə, rusiyalı istehlakçıların seçimi azalacaq. Çox güman ki, qiymətlər də qalxacaq. Litva isə bu problemin öhdəsindən gələcək. Bizim ixracın genişləndirilməsi ilə bağlı fondumuz var. Bundan başqa, Avropa Birliyi bütün cavab addımlarını əlaqəli və düşünülmüş şəkildə atacaq. Güman ki, Avropa Birliyi itkilərimizi qismən kompensasiya edəcək”.

Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |