09.08.2014 [11:56] - Gündəm, Siyasət
Ukrayna BMT Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırmağa hazırlaşır.
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukraynanın Ədliyyə naziri Pavel Petrenko “5-ci” kanalda çıxış edərkən bəyan edib.
"Rusiya tərəfinin terrorçulara dəstəyi barədə təkzibedilməz dəlillərimiz var. Söhbət silah-sursat, hərbi texnika, maliyyə vəsaitləri, muzdlu yaraqlılardan gedir” – deyə Petrenko bildirib.
Ədliyyə naziri həmçinin qeyd edib ki, Ukrayna müvafiq hüquqi proseduraların həyata keçirilməsinə başlayaraq Rusiya Federasiyasına nota göndərib. “Bundan sonra isə biz arbitraj heyəti ilə bağlı tələblərimizi irəli sürəcəyik” – Petrenko vurğulayıb. Onun sözlərinə görə, Rusiya terrorçuluğun maliyyələşdirilməsini qadağan edən Beynəlxalq Konvensiyanı pozduğuna görə ağır sanksiyalarla üzləşə bilər.

Bu xəbər oxucular tərəfindən 726 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |