Şrift:
Türkiyə hər zaman hər mənada Azərbaycanın yanındadır
09.08.2014 [12:39] - Gündəm, Türk dünyası-Turan
Türkiyə xarici işlər naziri Elmar Məmmədyarovla telefon bağlantısı yaradıb
"Türkiyə hər zaman hər mənada Azərbaycanın yanındadır". ANS PRESS-in məlumatına görə, Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu son günlər Azərbaycan və Ermənistan sərhədində yaşanan gərginliyə münasibət bildirərkən belə deyib.

Davudoğlu Azərbaycan və Ermənistan təmas xəttində son günlərdə yaşanan atışmalardan narahat olduğunu deyib. O, bununla bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla telefon bağlantısı yaradarar Türkiyənin hər mənada Azərbaycanın yanında olduğunu xatırlatdığını bildirib.

Türkiyə xarici işlər naziri onu da qeyd edib ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki son hadisələrin Ukraynadakı böhranın bölgəyə təsiri ilə əlaqələndirib.
Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed