10.08.2014 [00:22] - Xəbərlər, Siyasət
Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir. İTAR-TASS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə "Boçarov Ruçey" iqamətgahında Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
İlham Əliyev bildirib: "Biz, əlbəttə, həddən artıq uzanmış və öz həllini tələb edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini də müzakirə edəcəyik".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərinin çox pozitiv dinamikası - çoxillik, davamlı inkişaf dinamikası müşahidə edilir: "Biz bunu çox yüksək qiymətləndirir və Rusiyanı beynəlxalq arenada əsas tərəfdaşlarımızdan biri hesab edirik. Əməkdaşlığımız çox sahələri ehtiva edir - həm qarşılıqlı siyasi fəaliyyət sahəsində, həm də iqtisadi sahədə yaxşı nəticələr müşahidə olunur. Əmtəə dövriyyəsi artır. Bu göstərici keçən il də artıb, bu il də artım görürük. Struktur yaxşılaşır. Artıq sanballı həcmdə qarşılıqlı sərmayələr qoyulur. Təbii ki, bu, bizim münasibətlərə yeni dinamika verir. Sizin keçənilki çox uğurlu səfərinizi Azərbaycanda çox səmimi xatırlayırıq. Düşünürəm ki, bu səfər bizim münasibətlərin inkişafına ciddi təkan verib. Biz əməkdaşlıq potensialını qətiyyətlə artırmaq əzmindəyik".
Prezident İlham Əliyev qeyd edib ki, əlbəttə ki, regional təhlükəsizlik və regionda sabitlik məsələləri daim gündəlikdədir.

Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |