10.08.2014 [00:24] - Gündəm, Hərb
Erməni tərəfi döyüş növbətçiliyinə mülki şəxsləri cəlb edir. Bu barədə Trend-in cəbhə bölgəsinə ezam olunmuş müxbirinə Tovuz rayonundakı hərbi hissələrdən birinin qərargah rəisi məlumat verib.
Onun sözlərinə görə, erməni silahlı birləşmələrinin şəxsi heyəti arasında döyüş novbətçiliyi çəkmək üçün hərbçilər çatışmadığından döyüş növbətçiliyinə yerli əhali cəlb olunur.
Məlumatlara görə, həmin şəxslərə bunun müqabilində müəyyən muzd ödənilir. Muzdun məbləğinin təxminən 150 dollar civarında olduğu ehtimal edilir.
Azərbaycan Ordusunun zabiti onu da bildirib ki, qarşı tərəfdən mövqelərimiz gündüz saatlarında ara-sıra, gecələr isə intensiv şəkildə kiçik və iriçaplı silahlardan atəşə tutulur. Xüsusən də Tovuzun Əlibəyli kəndindəki mövqelərimiz atəşə məruz qalır. Düşmənə layiqincə cavab verilir, onların texnikası və şəxsi heyəti məhv edilir.
Qərargah rəisi vurğulayıb ki, şəxsi heyət bir addım da geri çəkilmək fikrində deyil.

Bu xəbər oxucular tərəfindən 740 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |