Şrift:
Avropa Şurası Venesiya Komissiyası Azərbaycanın “Siyasi partiyalar haqqında” qanununa dəyişikliklər layihəsinə dair rəyini açıqlayıb
19.12.2011 [21:01] - Siyasət
Avropa Şurası Venesiya Komissiyası Azərbaycanın “Siyasi partiyalar haqqında” qanununa dəyişikliklər layihəsinə dair rəyini açıqlayıb.

Rəy Venesiya Komissiyasının dekabrın 16-17-də keçirilən plenar sessiyasında açıqlanıb.
Rəydə bildirilir ki, qanuna edilən dəyişikliklər zamanı Venesiya Komissiyasının 2004-cü ildə verdiyi tövsiyələrin heç də hamısı, o cümlədən “korrupsiya mahiyyətli ianələrinin qarşısının alınması məqsədilə effektiv tədbirlərin görülməsi, xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin siyasi həyatdan təcridinin yolverilməziliyi” tövsiyəsi nəzərə alınmayıb.
Rəydə bildirilir ki, partiya üzvlərinin minimal sayının 1000-dən 5000-ə qaldırılması da əsaslı sayıla bilməz: “Siyasi partiyaların buraxılması haqqında müddəada qanuna nəzarəti hansı icra hakimiyyəti orqanının həyata keçirəcəyi qeyd olunmayıb. Bu orqan tərəfsiz olmalı və hökumətdən asılı olmamalıdır”.
Qeyd edək ki, Azərbaycan tərəfi “Siyasi partiyalar haqqında” qanun layihəsinə rəy verilməsi üçün bu il mayın 26-da Venesiya Komissiyasına sorğu göndərib.
Bu xəbər oxucular tərəfindən 1246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed