Şrift:
Güneyli fəalın siyasi məhbuslarla bağlı Müsahibəsi
11.08.2014 [11:16] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Bir həftə müddətinə evə buraxıldıqdan sonra tanınmış güneyli siyasi məhbus Səid Mətinpur həbs müddətini çəkmək üçün yenidən Evin həbsxanasına qayıdıb. Güneyli fəallar Səid Mətinpurun səhhətində ciddi problemlərin olduğunu deyir və onun beş ildə ilk dəfə olaraq evə buraxılmasını bununla izah edir.
Fəallar həbsdə olduğu müddətdə ailəsinin müraciətinə baxmayaraq, Səid bəyin həkim müayinəsinə imkan verilmədiyini bildiriblər. Kanadanın Vankuver şəhərində yaşayan güneyli fəal Vahid Qarabağlı “Amerikanın Səsi”nə müsahibə Səid Mətinpurun evdə olduğu müddətdə durumunun pisləşdiyi və onun xəstəxanaya aparıldığını deyib.
“Səid bəy bir həftə ərzində olduğu müddətdə həkimlə görüşə bilib. Onun həmin günlərdə halı pisləşib və o, xəstəxənaya aparılıb. Səid bəyin səhhətində bir sıra problemləri var idi, onların müayinəsi və müalicəsinə bildiyimizə görə imkan olmayıb”-deyə Vahid Qarabağlı bildirib.
Səid Mətinpurun sağliq durumu və ümumiyyətlə onun həbsdə saxlanması beynəlxalq hüquq müdafiə təşkilatlarının diqqət mərkəzində olub. Amnesty İnternational kimi müxtəlif qurumlar dəfələrlə İran hökumətini Səid Mətinpur və digər vicdan məhbuslarini azad etməyə çağirib. Vahid Qarabağlı Jurnalistləri Müdafiə Komitəsi və Sərhədsiz Reportyorlar (sərhədsiz quzarişgərlər) təşkilatlarının jurnalist və yazar olan Səid Mətinpurin azad edilməsi çağırışları ilə bağlı davamlı şəkildə bəyanatlar verməsinə baxmayaraq, onun hələ də həbsdə saxlandığını deyib. O, İran hökumətinin beynəlxalq çağırışlara əhəmiyyət verməyərək, hüquq müdafiə təşkilatları tərəfindən vicdan məhbusu hesab edilən Səid Mətinpuru azad etmədiyini qeyd edib.
Vahid Qarabağlının hazirda Təbriz həbsxanasinda, eləcə də Tehranin sərt rejimi ilə tanınan Evin həbsxanasinda onlarla güneyli fəalın ağır həbsxana şəraitində saxlandığını bildirib. “Doqquz il həbs cəzasına məhkum edilmiş bir neçə fəal var. Behbud Quluczadə, Ayət Mehrəbəyli, Mahmud Fərcli, Lətif Həsənli, Şahram Radmehr də ağır durumda saxlanılır. Onların da sağlıq problemlərinə baxmayaraq, həbsdən çıxıb ailələrilə görüşməsi, ya da həkimə müraciət etməsi üçün imkan verilmir. Sadəcə bunlar deyil, başqa məhbuslar da var. Təbriz həbsxanasında İbrahim Rəşidi, Ruzbeh Səadəti kimi tələbə fəallar həbsdədir. Onların da saxlanma şəraiti narahatlıq doğurur”-deyə Vahid Qarabağlı bildirib.
VİDEO görüntünü izləmək üçün qaynağımız olan aşağıdakı LİNKi izləyə bilərsiniz:
http://www.amerikaninsesi.org/content/vahid-qarabagli-seid-metinpur/2407621.html
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed