11.08.2014 [11:34] - Gündəm, Hadisə
Ay Yerə maksimal dərəcədə yaxınlaşıb
Bu gecə bütün dünyada milyonlarla insan super ayı müşahidə edə bilib. Yerin təbii peyki olan Ay Yerə maksimal dərəcədə yaxınlaşıb.
"Reuters" agentliyinin NASA-ya istinadən verdiyi məlumata görə, ötən gecə Ayla Yer arasında məsafə də minimuma enərək, təxminən 350 min kilometr təşkil edib. Bu zaman Ay vizual olaraq 14% daha böyük və 30% daha parlaq görünüb.
Bu cür astronomik hadisə "super ay" adlandırılır. Adətən, bu hadisə 6 ayda bir dəfə olur, lakin 2014-cü ildə bu, artıq 4-cü superaydır.
Növbəti belə hadisə sentyabrın əvvəllərində müşahidə ediləcək. Nəhəng Ayı Yer kürəsinin istənilən nöqtəsində görmək mümkün olacaq. Bunun üçün əsas şərt - havanın buludsuz olmasıdır.

Bu xəbər oxucular tərəfindən 760 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |