Şrift:
2011-ci ildə dünyada 100-dən çox jurnalist öldürülüb
20.12.2011 [12:10] - Gündəm
2011-ci ildə dünyada 106 jurnalist öldürülüb.

Bu barədə mənzil-qərargahı Cenevrədə yerləşən Mətbuat Azadlığını Müdafiə Təşkilatının (Press Emblem Campaign) hesabatında bildirilir.

Bu il ən çox jurnalist Meksikada qətlə yetirilib – 12 nəfər. Pakistanda isə 11 jurnalist öldürülüb.

Hesabata görə, MDB məkanında bu il Rusiyada 3, Ukrayna və Azərbaycanda isə 1 jurnalist qətlə yetirilib.

Azərbaycanda öldürülən jurnalist Rafiq Tağıdır.

Qeyd edək ki, noyabrın 19-da saat 22.00 radələrində işdən evə qayıdan Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada dünyasını dəyişib. Hadisə ilə bağlı əvvəl Cinayət Məcəlləsinin 126.1-ci (qəsdəm sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, lakin Rafiq Tağının ölümündən dərhal sonra Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub.

Noyabrın 26-da baş prokuror və daxili işlər naziri istintaq-əməliyyat qrupunun hesabatını dinləyib, cinayətin bütün iştirakçılarının qısa müddətdə tutulub məsuliyyətə cəlb olunması üçün zəruri olan əlavə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri müəyyən edilib, konkret tapşırıq və tövsiyələr verilib. İctimai rezonans doğuran bu hadisə ilə əlaqədar cinayət təqibi üzrə görülən işlər Azərbaycan prezidentinin xüsusi nəzarətindədir.
Bu xəbər oxucular tərəfindən 1020 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed