12.08.2014 [16:49] - Gündəm, Sosial
Ərizə qəbulu və müsahibə davam edir
Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı keçirilən müsahibələrdə iştirak edən uşaqlardan 704-ü I sinfə qəbul olunub.
Bakı Şəhər Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, 529 nəfər isə müsahibədən keçə bilməyib. Qeydiyyatdan keçən 47 şagird müsahibəyə qatılmayıb.
İdarədən o da bildirilib ki, müsahibədə iştirak edərək, qəbul olmayanlar yenidən qeydiyyatdan keçə bilməzlər. Hazırda qeydiyyatdan keçmiş 3012 nəfər müsahibəni gözləyir.
Qeyd edək ki, “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu ilə bağlı müsahibələrə avqust 5-dən start verilib. Təhsil nazirinin “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları” barədə əmrinə müvafiq olaraq Bakı şəhərində yerləşən və BŞTİ-nin tabeliyində olan məktəblərə qəbul elektron ərizələr vasitəsilə aparılır.
Elektron ərizələrin qəbulu avqust ayının 20-dək, müsahibələr isə sentyabrın 10-na qədər davam edəcək.

Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |