Şrift:
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edəcək
12.08.2014 [17:10] - Gündəm, Sosial
Avqustun 15-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənov vətəndaşları qəbul edəcək. Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbul Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.

Qəbula yazılma həmin gün saat 09.00-dan 10.00-dək Sabunçu Rayon İcra Hakimiyyətində təşkil ediləcək. Qəbul saat 10.00-dan başlayacaq.
Bu xəbər oxucular tərəfindən 672 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed