Şrift:
Azərbaycanın baş naziri Gürcüstana səfər edib
20.12.2011 [12:20] - Gündəm
Bu gün Azərbaycanın baş naziri Artur Rasizadə Tiflis (Gürcüstan) şəhərinə səfər edib.

Səfərdə məqsəd bu gün Tiflisdə keçiriləcək Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının iclasında iştirak etməkdir.

Qeyd edək ki, komissiyanın iclasında iki ölkə arasında iqtisadi əməkdaşlığın bir sıra aspektləri, o cümlədən energetika, kənd təsərrüfatı, nəqliyyat, ətraf mühitin mühafizəsi, informasiya texnologiyaları və digər məsələlər müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 1842 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed