Şrift:
İş axtaranlara şad xəbər
13.08.2014 [11:36] - Gündəm, Sosial
ƏƏSMN bu ayın sonunadək daha 8 rayon və şəhərdə əmək yarmarkası keçirəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ayın sonunadək daha 8 rayon və şəhərdə əmək yarmarkası keçirəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Məşğulluq Xidməti (DMX) işsiz və işaxtaran vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə növbəti əmək yarmarkasını avqustun 14-də Oğuz rayonunda keçirəcək. Yarmarkada 180-ə yaxın boş (vakant) iş yeri təqdim olunacaq.

Ümumilikdə bu ayın sonunadək DMX tərəfindən Oğuz rayonu ilə yanaşı, Xaçmaz, Hacıqabul, Goranboy, Samux, Kürdəmir, Cəlilabad rayonlarında və Şirvan şəhərində də əmək yarmarkalarının keçirilməsi planlaşdırılır. Həmin şəhər və rayonların məşğulluq orqanları tərəfindən əmək yarmarkalarına hazırlıq işləri çərçivəsində idarə, müəssisə və təşkilatlardan boş (vakant) iş yerləri barədə məlumatlar toplanır.

Tədbirlərdə ayrı-ayrı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi üçün onların qeydiyyatı da aparılacaq. Əmək yarmarkalarında sosial cəhətdən həssas əhali qruplarından olan vətəndaşlar, o cümlədən əlilliyi olan şəxslər üçün kvota əsasında boş iş yerlərinin təqdim olunması da nəzərdə tutulur.
Bu xəbər oxucular tərəfindən 594 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed