13.08.2014 [11:44] - Gündəm, Siyasət
Ermənilər iddia edirlər ki, dünyaya dinozavrlardan da əvvəl gəliblər
Rusiya mətbuatı son zamanlar Dağlıq Qarabağ münaqişəsi barədə çox sayda materiallar dərc edir. "Komsomolskaya pravda" öz şərhçisi Qalina Sapojnikovanın şərqşünas, Cənubi Qafqaz ölkələri üzrə ekspert Yegeni Baxrevskinin söhbətini dərc edib.
Mən çox diqqətlə oxudum, ümumiyyətlə, pis material deyil. Amma, təəssüf ki, jurnalist tərəfindən filologiya elmləri namizədinə verilən sualların heç birinə konkret cavab tapa bilmədim. Həmişə olduğu kimi, yenə də fikir yarımçıqlığı, münaqişənin ilkin səbəblərindən uzaqlaşmaq və münaqişə edən tərəflər arasında bərabərlik işarəsi qoymaq cəhdi müşahidə edilir. Aydındır ki, münaqişəyə bu cür yanaşma şəritində onu heç cür həll etmək mümkün olmaz.
Məsələn, Sapojnikova sual verir: "Azərbaycan və Ermənistan konkret olaraq nəyi bölə bilmirlər və bütün bunlar nə vaxt başlayıb?" Şərqşünas cavab verir: "Əgər Azərbaycan və erməni müəlliflərinin kitablarını oxusaq, tamamilə bir-birinə əks olan iki versiyaya rast gələrik. Özü də nə qədər dərinə getsək, həri iki ölkənin tarixçilərinin fikirləri bir o qədər barışmaz olur. Onlar keçmişi bölüşə bilmirlər".
Mən müəyyən mənada bununla razıyam, amma müzakirələr, mübahisələr heç cür hərbi münaqişələrə gətirə bilməz. Bir də niyə yalnız Azərbaycan və erməni tarixçilərinin əsərlərini oxumalıyıq, yetərincə çox sayda başqa müəlliflər var. Məsələn, rusiyalı diplomat və şair Qriboyedovun xatirələrində Dağlıq Qarabağın tarixi barədə çox sayda maraqlı faktlar tapmaq olar.
Düzdür, az sonra Yevgeni Baxrevski qeyd edir ki, bütün qanlı hadisələrin kökündə millətçilik ideologiyası durur və əsrin əvvəllərində bunu ilk dəfə ermənilər başlayıblar. "Bir millətin başqa millətdən üstün olmasını iddia etmək yolverilməzdir",- deyə alim vurğulayır. "Bir sıra azərbaycanlı mütəxəssislər gülərək mənə bildirirlər ki, əvvəllər ermənilər iddia edirdilər ki, onlar dünyaya dinozavrlardan da əvvəl gəliblər. İndi biz də bu cür fikirlərlə silahlanırıq",- deyə o vurğulayır.
Həmsöhbətlər daha sonra bildiriblşər ki, Rusiya Cənubi Qafqazda sülh olmasını çox istəyərdi. Həm də qeyd ediblər ki, burada əsas rol Azərbaycanın payına düşür. Çünki bü ölkənin ənənələrinə ekstremizm daxil deyil. Jurnalistin də, şərqşünasın da fikrincə, bu ölkənin yetərincə müdrik siyasi elitası var.
Eyni zamanda onlar bir qədər qəribə mövqe nümayiş etdirirlər ki, əgər Ermənistan və Azərbaycan hər ikisi Avrasiya İqtisadi İttifaqına daxil olarsa, onda ümumi iqtisadiyyat iki xalqın mövqeyini yaxınlaşdıra bilər.
Çətin ki, bu baş versin. Azərbaycanın işğal edilmiş əraziləri azad edilməyincə, heç bir biznes, heç bir iqtisadiyyat bu xalqları birləşdirə bilməz.
Vəziyyətdən başqa çıxış yolları varmı? Yəqin ki, var. Amma bu barədə ən yaxşı diplomatlar düşünməlidir, amma onlar üçün, xüsusilə Azərbaycan diplomatları üçün indi bu çox çətindir. Çünki Ermənistanın siyasi bomondu Dağlıq Qarabağda məşhur olan heyvan kimi tərsdir. Maraqlıdır, görəsən, bundan Moskvanın xəbəri varmı?..

Bu xəbər oxucular tərəfindən 755 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |