13.08.2014 [16:13] - Güney Azərbaycan xəbərləri, Hadisə
Azərbaycan vasitəsi ilə Gürcüstana 69 kiloqram narkotik vasitənin keçirilməsi cəhdi ilə bağlı Türkiyə vətəndaşı həbs edilib.
Dövlət Gömrük Komitəsi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatda qeyd olunur ki, 28 iyul - 8 avqust 2014-cü il tarixlərdə Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər çərçivəsində Astara Gömrük məntəqəsindən daxil olaraq Gürcüstan Respublikasına gedən Türkiyə vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusunun döşəməsinin altından qablaşdırılmış şəkildə ümumi çəkisi 69 kiloqram 610 qram təşkil edən, 116 ədəd polietilen bükümdə heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə Türkiyə vətəndaşı şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bu xəbər oxucular tərəfindən 713 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |