Şrift:
Qarabağ həlli yaxınlaşır
14.08.2014 [13:12] - Gündəm, Siyasət
The Huffington Post qəzeti cəbhədəki son hadisələrdən yazıb
Suriya, Qəzza sektorunda, İraqda olduğu kimi Yaxın Şərqdə daha bir müharibə ocağı Azərbaycan və Ermənistan arasında yarana bilər.Məlumatına görə, bu barədə ABŞ-ın The Huffington Post qəzeti yazır.

Qəzetin yazdığına görə, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində avqust ayında baş verən döyüşlər belə deməyə əsas verir. ABŞ, Rusiya və ATƏT-in Minsk Qrupu nə qədər ki, gec deyil Qarabağ münaqişəsinin həlli istiqamətində təcili olaraq səylərini artırmalıdır.

“Azərbaycan və Ermənistan danışıqları davam etdirməlidir. Hər iki ölkənin qonşusu olan Gürcüstan dünyaya nümunə ola biləcək iqtisadi dəhliz rolunu oynaya bilər. Artıq sülh zamanıdır. Azərbaycanlılar, gürcülər və ermənilər birgə Cənubi Qafqazı çiçəkləndirməlidir. Qarabağ münaqişəsinin həllinin vaxtıdır. Müharibənin davam etdirilməsi düzgün seçim deyil. Prezidentlərin Soçi görüşündə əldə olunan razılıq bəzi optimist fikirlər söyləməyə əsas verir”, deyə qəzet yazır.
Bu xəbər oxucular tərəfindən 701 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed