Şrift:
Qarabağ azarkeşlərinə qadağa
14.08.2014 [13:39] - İdman
“Qarabağ”ın rəqibi “Tvente” klubu yeni qərar qəbul edib
Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Hollandiyanın “Tvente” klubu öz meydanında keçirilən oyunlarla bağlı yeni qərar qəbul edib.

Enshede təmsilçisinin ev oyunlarında azarkeşlərin arenaya daxil olması müəyyən şərtlərlə gerçəkləşəcək.

Belə ki, fanatlar stadiona noutbuk və planşet keçirə bilməzlər. Arenanın girişindən buraxılmaq üçün azarkeşlər bu qərara əməl etməli olacaqlar. Bunda məqsəd onların oyunlarını videoya çəkilməsinin qarşısını almaqdı. Bu qadağa qonaq komandaların, o cümlədən “Qarabağ”ın fanatlarına da şamil olunacaq.

Qeyd edək ki, “Tvente” eyni addımı atan İngiltərə “Mançester Yunayted”inin yolu ilə gedib. Britaniyalılar 150x100 mm və daha böyük ölçülərə malik bütün elektron qurğulara qadağa qoymuşdu. Mançester təmsilçisinin rəhbərliyi bu addımı azarkeşlərin bir-birinə mane ola bilməsi və qarşılaşmanı videoya çəkməsinin mümkünlüyü ilə izah etmişdi.
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed