Şrift:
Azərbaycanda əsirlikdə olan səkkiz erməni üçüncü ölkəyə getmək arzusunu bildirib
27.09.2011 [17:29] - Xəbərlər
Hazırda Azərbaycanda saxlanılan 3 hərbi əsir üçüncü ölkəyə göndərilmək arzusunu bildirsə də, hələlik onların bu istəyi yerinə yetirilməyib.
Bu barədə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov bildirib. O deyib ki, 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçən bir ailənin 5 üzvü də Azərbaycana gələndən üçüncü ölkəyə getmək arzusunda olduğunu deyib.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.
Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.
Əsirlərdən Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib.
Bu xəbər oxucular tərəfindən 1084 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed