Şrift:
Bakı Dairəvi Yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq
16.08.2014 [12:11] - Gündəm, Sosial
Təmir işləri ilə bağlı Bakı Dairəvi Avtomobol Yolunun 4-8 kilometrində, yəni Bakı Dövlət Yol Polisi İdarəsinin İnzibati Binasından "Sədərək" Ticarət Mərkəzinə qədər olan hissəsində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq. Bunu Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

P.Mürsəliyev deyib ki, təmir işləri təxminən iki həftə ərzində yekunlaşdırılacaq. Onun sözlərinə görə, təmirlərarası müddət anlayışına görə, həmin ərazidə asfaltın yeyilən aşınma qatı təmizlənərək yeni asfalt örtüyü salınacaq.

P.Mürsəliyev bildirib ki, Bakı Dairəvi Avtomobol Yolunda avtomobillərin hərəkət intensivliyi yüksək olduğundan, həmin təmirə ehtiyac yaranıb.
Bu xəbər oxucular tərəfindən 642 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed