16.08.2014 [15:54] - Gündəm, İqtisadiyyat
Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun operatoru olan BP 2014-cü ilin birinci yarısı ərzində ARDNŞ-yə 1,2 milyard kubmetr səmt qazı verib ki, bu da 2013-cü ilin analoji dövrünün göstəricisi ilə demək olar, eynidir. Bu barədə BP-nin 2014-cü ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyəti üzrə hesabatında deyilir.
AÇG-nin işlənməsi çərçivəsində səmt qazı ARDNŞ-yə pulsuz verilir.
I yarımillikdə ARDNŞ-yə verilən səmt qazının orta sutkalıq həcmi 6,6 milyon kubmetr olub.
BP 2013 və 2012-ci illərdə ARDNŞ-ə müvafiq olaraq 2,19 milyard və 3,4 milyard kubmetr səmt qazı verib.
"Azəri-Çıraq-Günəşli" dəniz yataqları bloku üzrə müqavilə 1994-cü ildə imzalanıb. AÇG-də iştirak payları: BP (operator - 35,8%), ARDNŞ (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%).

Bu xəbər oxucular tərəfindən 815 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |