Şrift:
BMT Baş Assambleyası İrana dair növbəti qətnamə qəbul edib
20.12.2011 [12:50] - Gündəm
BMT Baş Assambleyası İranla bağlı növbəti qətnamə qəbul edib. Sənədə BMT-nın 193 üzvündən 89-u səs verib. Kanada hökuməti tərəfindən təklif edilən və 42 ölkənin imzaladığı qətnamənin əleyhinə 30 ölkə səs verib, 64 üzv isə bitərəf qalıb.

Sənəddə İranda insan haqlarının pozulmasından narahatlıq ifadə olunur, yerli hökumətin öz vətəndaşlarına qarşı zorakılığı və qeyri-insani cəza üsullarından (bədən üzvünü kəsmək, şallaq vurmaq, döymək) istifadə etməsi pislənir. İranda bu il edamların artmasından ciddi narahatlıq ifadə olunan qətnamədə insan haqları ilə bağlı 12 maddənin pozulduğu bildirilir. Bu sıraya söz, əqidə, sərbəst toplaşmaq, etnik və dini azlıqların azadlıqlarının məhdudlaşdırılması, qadınlara qarşı ayrı-seçkilik və s. aid edilir.
Bu xəbər oxucular tərəfindən 831 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed