Şrift:
Mosul bəndini islamçı yaraqlıların əlindən almaq istəyirlər
18.08.2014 [11:36] - Xəbərlər, Türk dünyası-Turan
İraqda "İslam dövləti" yaraqlıları ələ keçirdikləri Mosul bəndin üzərində nəzarəti qaytarmaq üçün kürdlərin silahlı qüvvələri hərbi əməliyyatın başlanması haqqında elan ediblər. BBC telekanalı bu barədə məlumat verir.
Bildirilir ki, əməliyyatda ABŞ qoşunları da iştirak edir.
Şimali İraqı su və elektriklə təchiz edən bənd və elektrik stansiya, avqustun 7-də cihadçılar tərəfindən işğal olunub.
Ərbildəki BBC telekanalının müxbiri Cim Mürün sözlərinə görə, ümid var ki, "İslam dövləti"nin yaraqlıları, rəqib qüvvələrinin xeyli üstün olmasını nəzərə alaraq, özləri bəndi tərk edə bilərlər.
Bənd mühüm strateji obyektidir: əgər o, partladılsa Mosulu 20 metrəlik dalğa örtəcək.
Bu xəbər oxucular tərəfindən 746 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed