18.08.2014 [13:13] - Gündəm, Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Avqustun 12-də ömrünün 90-cı ilində vəfat edən görkəmli həkim, Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü, tanınmış yazıçı və ədəbiyyatşünas Cavad Mirzəli oğlu Heyətlə bu gün Bakıda AMEA-da (Azərbaycan Milli Elmlər Akademiyası) vida mərasimi keçirilib.
Vida mərasimində çıxış edən AMEA-nın sədr müavini İbrahim Quliyev, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimov və digərləri çıxış edərək Cavad Heyətin həyat və yaradıcılığına nəzər salıblar.
Vida mərasiminin sonunda ailəsi adından çıxış edən Cavad Heyətin bacısı oğlu Ağabəy Azərbaycani və Məhəmmədrza Heyyət hər kəsə öz minnətdarlığını bildirib.
Vida mərasimi zamanı mərhum alimin son illərdə qələmə aldığı (Dilimiz,Ədəbiyatımız və Kimliyimiz Uğrunda kitab) Güney Azərbaycanın tanınmış milli hərəkat fəalı MDHP Güney Azərbaycan Departamentinin Sədri Əlirza Amanbəyli tərəfindən mərasim iştirakçılarına xatirə olaraq paylanıb.
Cavad Heyət II Fəxri xiyabanda dəfn edilib.
1925-ci il mayın 24-də Təbriz şəhərində anadan olan Cavad Heyət ilk orta təhsilini doğulduğu ölkədə alıb. 1946-cı ildə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıdıb və orada öz klinikasını açıb.
Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professorudur. Əlli ildən çoxdur ki, cərrahlıqla məşğuldur. Öz xüsusi klinikası olmaqla yanaşı, Tehran-Pars xəstəxanasında da çalışırb.
Doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını
uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub.
1983-cü ildə isə cərrahiyyənin inkişafına verdiyi elmi-nəzəri və əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib.
Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin cərrahiyyə kafedrasına (cərrahi qrupuna) rəhbərlik edib. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərs kitabının, eyni zamanda ikisi fars və beşi də türk dilində olan yeddi cildlik türkoloji kitabın müəllifidir.
Cavad Heyət cərrahiyyə ilə bağlı Azərbaycan, Amerika, Fransa, Türkiyə və bir çox Avropa universitetlərində tez-tez mühazirələr oxumaq üçün dəvətlər alırdı.
Cavad Heyət həmçinin “Varlıq” dərgisinin təsisçisidir. O, 36 ildən artıqdır ki, türk və fars dillərində yayılan bu ədəbi-mədəni dərgini nəşr etdirirdi.
Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir.
O, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji (tərbiyyət-i müəllim) Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvüdür.
Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının (əncümən) təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb.
Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru idi.
Mərhum C.Heyət türk dünyası, xüsusi ilə Güney və Quzey Azərbaycan və Türkiyədə çox tanınmış alimlər sırasındadır. Onun vəfatı Azərbaycan tibb elmi, türkologiya sahəsi və ümumiyyətlə millətimizin milli hərəkatında olduqca böyük itki kimi qəbul olunur.
ALLAH RƏHMƏT ELƏSİN

Bu xəbər oxucular tərəfindən 1943 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |