18.08.2014 [14:08] - Gündəm, Hərb
Azərbaycan sərhəd mühafizəsinin yaranmasının 95 ili tamam olur.
Bu münasibətlə Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Fəxri Xiyabanda Heydər Əliyevin və Şəhidlər Xiyabanında Əbədi Məşəl Kompleksinin önünə əklil qoyulub. DSX əməkdaşları həmçinin Fəxri Xiyabanda Zərifə Əliyevanın, Şəhidlər Xiyabanında Sərhəd Qoşunlarının sıralarında döyüşlərdə iştirak etmiş Milli Qəhrəman Eldar Məmmədovun məzarını ziyarət ediblər.
Jurnalistlərə açıqlama verən DSX rəisinin müavini, general-mayor Azad Ələkbərov Azərbaycan sərhəd mühafizəsinin son illərdə əhəmiyyətli şəkildə gücləndiyini deyib. Sərhədlərdə yeni zastava və komendantlıqların inşa edildiyini bildirən A. Ələkbərovun sözlərinə görə, artıq sərhəd mühafizəsinin təşkili üçün zəruri olan infrastruktur mövcuddur: “Dağlıq ərazilərdə sərhəd mühafizəsinin təşkilinin gücləndirilməsi istiqamətində işlər aparılır. Ən müasir texniki sistemlər tətbiq olunur. Dəniz sərhədlərinin mühafizəsi məqsədilə ötən ay gəmi zavodumuz istifadəyə verildi. Ümumilikdə bu gün Azərbaycan sərhədçiləri qarşıya qoyulan tapşırıqları tam şəkildə yerinə yetirmək imkanına malikdirlər”.
DSX rəisinin müavini qeyd edib ki, Sərhəd Qoşunlarının şəxsi heyəti Azərbaycan Silahlı Qüvvələrinin digər növləri ilə birgə işğal altındakı ərazilərin azad edilməsinə öz töhfəsini verməyə hazırdır.
Qeyd edək ki, 1919-cu il avqust ayının 18-də Azərbaycan Xalq Cümhuriyyəti parlamenti “Azərbaycan Respublikasının gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qanun qəbul edib. Bu qanunun qəbulundan sonra sərhəd mühafizəsinin təşkili ilə bağlı əsas vəzifələr Maliyyə Nazirliyinə həvalə olunub. Bu nazirliyin tərkibində əvvəl gömrük yığımları, sonra isə dövlət sərhədinin mühafizəsi şöbəsi yaradılıb.

Bu xəbər oxucular tərəfindən 1255 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |