19.08.2014 [16:34] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Naxçıvanda 3 ölkənin müdafiə nazirlərinin görüşməsi təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Görüş bir-birilərini müdafiə edən, eyni zamanda təhdidlərə qarşı birgə mübarizə aparan dövlətlərin əməkdaşlığının daha da güclənməsinə şərait yaradacaq. Hesab edirəm ki, bu üçlüklər Cənubi Qafqazda sabitlik yaratmaq və müharibəyə son qoymaq üçün əsas rol oynayacaqlar”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fərəc Quliyev Naxçıvanda Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin görüşünün əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycansız Cənubi Qafqazın təhlükəsizliyi mümkün deyil və buna görə də digər dövlətlər ölkəmizin ağırlığını qiymətləndirir: “Məlumdur ki, Azərbaycan müharibə şəraitində yaşayır və ərazilərimiz ermənilər tərəfindən işğal olunub. Lakin edilən vəhşiliklərə baxmayaraq, biz ərazilərimizin geri qaytarılmasını dinc yolla həll etmək istəyirik. Təbii ki, ermənilər bundan narazıdır və bu məsələdə təhdidi üstün tuturlar. Ona görə də Azərbaycan güclənməkdə maraqlıdır”.
Samirə Abdullayeva

Bu xəbər oxucular tərəfindən 938 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |