Şrift:
AŞPA Monitorinq Komitəsində Azərbaycan üzrə həmməruzəçilərin hesabatı dinləniləcək
20.08.2014 [12:25] - Gündəm, Siyasət
Sentyabrın 3-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin iclası keçiriləcək.

AŞPA-nın mətbuat xidmətinin verdiyi xəbərə görə, iclasda Azərbaycan üzrə həmməruzəçilər Jozef Debono Qrex və Pedro Aqramunt da iştirak edəcək.

Toplantıda həmməruzəçilərin 19-21 may tarixlərində Bakıya faktaraşdırıcı səfərlərinin yekunları əsasında təqdim etdikləri informasiyalar nəzərdən keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 805 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed