21.08.2014 [12:13] - İdman
Azərbaycan yığmasında oynayan futbolçuların sayı 196-ya çatıb. Apasport.az saytının məlumatına görə, buna Özbəkistanla Bakıda keçirilən yoldaşlıq matçında daha bir debütantın meydana çıxması səbəb olub.
“Bakcell Arena”da baş tutan və 0:0 hesablı heç-heçə ilə nəticələnən qarşılaşmada Emin Nuri ilk dəfə yığmamızın formasını geyib. Bu oyunadək 205 matçda 195 futbolçunun şərəfini qoruduğu komandamızın 196-cısı Emindi.
29 yaşlı Bolqarıstan türkü 2014-cü ildə millidə debüt edən 7-ci oyunçu kimi tarixə düşüb. Belə ki, Filippinlə matçda (1:0)i Tuğrul Erat, Elvin Yunuszadə və İlkin Qırtımov, ABŞ-la görüşdə (0:2) isə Abdulla Abatsiyevlə Dmitri Nazarov bu siyahıya düşmüşdü. Nuri milliləşən legioner olduğundan belə futbolçularımızın yığmadakı sayı 35-ə çatıb.

Bu xəbər oxucular tərəfindən 842 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |