Şrift:
BMT Təhlükəsizlik Şurası İsrail və Fələstini atəşkəs danışıqlarını yenidən bərpa etməyə çağırır
21.08.2014 [12:45] - Gündəm, Siyasət
BMT Təhlükəsizlik Şurası Qəzzada vəziyyətin yenidən gərginləşməsindən narahatdır.

BMT Təhlükəsizlik Şurasının prezidenti, İngiltərənin BMT-dəki səfiri Mark Qrant Fələstin və İsrail tərəflərini atəşkəsi yenidən bərpa etməyə çağırıb: “BMT Təhlükəsizlik Şurası tərəfləri Qəzza zolağında vəziyyəti gərginləşdirməkdən çəkinməyə çağırır və humanitar atəşkəsin elan olunmasını tələb edir”.

Xatırladaq ki, tərəflər arasında əldə olunan müvəqqəti atəşkəs pozulub. HƏMAS İsrailin hava hücumları nəticəsində 3 hərbi komandirinin həlak olduğu barədə məlumat yayıb. BMT-nin açıqlamasına görə isə Qəzzada hərbi əməliyyatlar başladığı gündən bu günədək ölənlərin sayı 2000-ə çatıb.
Bu xəbər oxucular tərəfindən 709 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed