Şrift:
İŞİD Türkiyədən Süleyman Şah türbəsini TƏLƏB edir - VİDEO
21.08.2014 [13:27] - Gündəm, Türk dünyası-Turan
Türkiyənin Mosul şəhərindəki konsulluğun 49 əməkdaşını girov götürən İŞİD onların qaytarılması müqabilində olduqca qəribə tələb irəli sürüb

İŞİD girovları qaytarmaq üçün Süleyman Şah Türbəsini tələb edib. Türkiyənin xaricdəki yeganə ərazisi hesab edilən 928 illik türbənin İŞİD-ə verilib verilməyəcəyi hələlik bəlli olmasa da, bəzi mətbuat orqanları rəsmi Ankaranın bu təklifi artıq qəbul etdiyini yazıb. Məlumatlara görə türbənin boşaldılması üçün Türkiyəyə 3 həftə vaxt verilib.

Türbə Türkiyənin indiki sərhədlərindən kənarda sahib olduğu yeganə ərazidir. Hələbdəki türbədə Osmanlı imperiyasının qurucusu olan Osman Qazinin babası Süleyman Şah və iki əsgərin məzarı var.

Ankara və Lozan müqavilələrinə əsasən türbə içindəki əmlakla bərabər Türkiyə torpağı kimi qəbul edilir. Bu il martın 13-də türbənin yerləşdiyi ərazi İŞİD-in nəzarətinə keçib.


Video reportajı buradan izləyə bilərsiniz
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed