22.08.2014 [14:59] - Güney Azərbaycan xəbərləri, Müsahibə
Tanınmış azərbaycanlı ozan Araz Elsəs “1937.az”ın müxbirinin sullarını cavablandırıb.
Müsahibəni olduğu kimi təqdim edirik:
“Uzun illərdir azərbaycanlı ozan Araz Elsəsin səsini Qərbdən eşitməli oluruq. Ancaq o, özünü o yerlərin – Avropanın adamı hesab etmir, harda olsa da, “Ruhum Azərbaycandadır” deyir. Güney Azərbaycanın Urmiya gölünün yaxınlığında yerləşən Sulduz şəhərində anadan olan Araz Elsəs siyasi səbəblərdən çətinliklərlə üzləşərək 1991-ci ildə Şimali Azərbaycana köçür. 1997-ci ildə Avropa Yazarlar Parlamenti tərəfindən siyasi şair, ozan olaraq Norveçə (Norvej) çağırılır. 2000-ci ildən bəri isə İsveçdə (Sued) yaşayır. Ancaq zaman-zaman Azərbaycana gəlir, burada həmvətənləri üçün konsertlər verir, öz dili desək, Bakıdan Təbrizin qoxusunu alır. Sazı və sözü ilə milləti yuxudan oyatmağa çalışan ozan həsrətli nəğmələrinin ondan güclü olduğunu, “quş olub yurda uçduğunu” düşünür. “Çırpınırdı Qara dəniz”, “Haray, türkəm”, “Qarabağ”, “Əsir Azərbaycanım” mahnıları bu qəbildəndir.
– Araz bəy, Azərbaycan-Ermənistan sərhədində baş verənləri, yəqin ki, izləyirsiniz. Milli düşüncəli adamların sevimli şərqiçisi kimi bu hadisələrlə bağlı nə düşünürsünüz?
– Torpaqlarımızın qaytarılması üçün atılan bütün real addımları dəstəkləyirəm, vətən uğrunda canından keçən igidlərimizin ruhları qarşısında baş əyirəm. Ümid edirəm ki, buna bənzər hadisələr xalqımızı bir araya gətirər. Allahdan yurdumuza və xalqımıza əmin-amanlıq diləyirəm.
– Uzun illər Avropada yaşamısınız. Adətən, qərbyönümlü insanlar milli görüşdən uzaq olur. Avropa həyat tərzi sizin düşüncələrinizdə hansısa dəyişiklik edibmi?
– Zaman keçir, hər şey dəyişir. İstər-istəməz biz də dəyişirik. Ancaq bu dəyişiklik müsbətə doğrudursa, bizim üçün böyük xoşbəxtlikdir. Təbii olaraq müəyyən mövzularda mənim də baxışım, düşüncələrim dəyişir. Amma vətənimə, xalqıma olan sevgim ancaq və ancaq yüksəlir.
– İllər keçdikcə Bütöv Azərbaycan davasına bir utopiya kimi baxanların sayı artır? Niyə belədir? Siz özünüz bu məsələ ilə bağlı nə düşünürsünüz?
– Bir vaxtlar düşüncələrdə belə gəzib-dolaşmayan, gizli-gizli ürəklərdə döyünən Bütöv Azərbaycan düşüncəsi artıq milyonların qucaqladığı, yiyələndiyi bir məfhumdur. Bu ideyanın gerçəkləşməyinə çox qalmayıb, buna heç kimin şübhəsi olmasın. Yurdumuzun bütövləşdiyi gün də gələcək!
–İrandan gələn türklərin, demək olar ki, hamısı İslam dininə qarşı tənqidi münasibətdə olur. Bunun səbəbi nədir? “Quran”ın Ana Yasaya çevrilməsinin fəsadları deyə bilərikmi buna?
– Bunun səbəbi aydındır – İran İslam Respublikasının tətbiq etdiyi rejim.
– Sizcə, niyə əksər adamlar İrandan Bakıya pənah gətirənlərə, burda iş-güc yiyəsi olanlara “fars ajanı (amili, casusu)” deyir? Hətta Güney Azərbaycandan olan qardaşlarımız bir-birlərini agent (casus, amil) olmaqda ittiham edirlər.
– Təzyiq altında yaşamağın belə təsirləri də olur. İnsanların bir-birinə şübhə ilə yanaşdığı cəmiyyətdə belə anormal hadisələr normal sayılır.
– Yaradıcılıqda nə var-nə yox? – Yeni albom üzərində çalışırıq. Mahnılarıma qarşı çox həssasam. Ona görə də gec də olsa, gözəl bir albom ərsəyə gətirəcəyimizə inanıram. Albomun nə vaxt çıxacağını dəqiq deyə bilmərəm, amma bir ilin içində dinləyicilərə təqdim etməyə çalışacağıq.
– Bügünkü Azərbaycan musiqisinin durumundan xəbərdarsınız? Kimləri dinləyirsiniz?
– Açığı, xəbərim yoxdur. İzləməyə vaxtım olmur.
– Həyat yoldaşınızın milliyəti nədir? Övladınız varmı?
– Xanımım Güney Azərbaycandan, Urmudandır. Türkdür. Bir qızımız var, adı da Alma Altunaydır.”
1937.az

Bu xəbər oxucular tərəfindən 1035 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |